Xəbər lenti
Bütün xəbərlər

"Koronavirusun aşırı təbliği xof yaradır və cəmiyyətə psixotravma verəcək" - Jurnalist

  • 06 apr 2020, 15:20
Bu koronavirusun özündən (əgər varsa) qorunacağıq, yetər ki, buna görə panik-psixoz durum yaşamayaq, yaşatmayaq!
Dəyərli dostlar! Hazırki durumda bizlər bir cəmiyyət olaraq zərərli tendensiya, qaynar və qorxulu dönəmi yaşayırıq. Məlum koronavirus pandemiyasından qorunmaq üçün savaşdayıq. Savaşmalı, ayaqda qalmalı, şeytanlaşmış sionist-masson missionerlərinin bəşəriyyətə alət etdiyi daha bir bəladan qortulmağa çalışmalıyıq da, amma...
Amma, bir yandan dünyanı savaşsız ələ keçirməyə uğurlu cəhdlər edən "koronacı"larla mübarizədə səhhətimizin-sağlığımızın hayında qala-qala, qəti karantin qərarlarına uymaqla, maska-əlcəyə bürünməklə, dezinfeksiya üçün spirt davası etməklə, rayonlara giriş yollarını işbilməz polislərə tapşıqmaqla doğru və sevindirici nəticəyə yürüməz bu işlər...      
Xüsusilə, KİV nümayəndələrinə və ölkəmizin media siyasətini yönləndirənlərə səslənməkdə bir faydam olar deyə düşünürəm. Dəhşətli duruma girmişik, əslində hələ də nəyin niyə və necə baş verdiyini doğru anlamış deyilik. Bəlkə də heç fərqinə varmırıq ki, indi ölkədə və dünyada yayılan xəbərlərin say statistikası ən azı 75%-lik üstün oranda koronavirus barədə xəbərlərlə zənginləşib. Amma biz doğrudan da taclaşdırılmış virusun niyyəti barədə heç nə bilmirik. Bəlkə, elə ona görə narahatıq, yuxularımızı qarışdırırıq, ağlımız davamlı xəbərlərdən çaşbaşdır.
Teleməkanlarımız, qəzetlərimiz, saytlarımız, rəsmilərimiz, polislərimiz, həkimlərimiz - HAMI bu virus barədə daha çox və fərqli üsullarda xəbərcilik üçün yarışa durublar. Az qala, hökumətin ayrı-ayrı qollarının üzərinə öhdəlik olan gündəlik təbliğat və maarifçilik missiyası da, onsuz da öləzi olan təhsi sistemimiz də, keçirilməli olan mədəni tədbirlərimiz də koronavirus bəlasından tamamən asılı qalıb. Deyəcəksiniz ki, belə də olmalı ki, pandemiyanı tezliklə dəfn edək, razıyam, amma "bu miqyasda və bu psixoz durumda koronavirusu beynimizə dürtüşdürüb hara gedirik" sualına kimsə cavab verə bilərmi? Axı, belə fövqəladə hallarda cəmiyyətimizin xilası üçün atılan tədbirlər planı o dərəcədə həssas detallarla hazırlanmalı və tətbiq edilməlidir ki, vətəndaşların ümummilli və ümumbəşəri düşüncəsinə, gündəlik psixoloji durumuna mənfi təsirini göstərməsin. Cəmiyyətin bilməyə və öyrənməyə haqqı olduğu xəbər siyasəti elə koronavirusun özü qədər fəsada dönüşməsin.
Məncə artıq dönüşüb, insanların hüzuru pozulub, ruhun bədənlə ənənəvi uyuşmasına belə süni maneə köklənib.
Belarusiya prezidenti Lukaşenko və bir sıra Avropa liderləri təsadüfi deyil ki, korona virusu ilə kortəbii və aşırı informasiya mübarizəsini nəticə etibarilə koronapsixoz durum adlandırıb.
Məncə, bütün KİV-lər təcili olaraq koronavirus barədə zərərli və təkrarcı xəbər yükünü azaltmalı, evə qapanmış millətin karantin dönəmini daha rahatlıqla keçirmələri üçün informasiya təminatı ölkənin digər ciddi problemlərinin həllinin müzakirələrinə yönəldilməlidir. Dağlıq Qarabağ mövzusu da daxil olmaqla, ictimai-siyasi, sosial-mədəni durum barədə baxınaqlı verilişlər mavi ekranları bəzəməlidir. Bu durumdan sui-istifadə hallarına yol açan ali və orta təhsil müəssisələrinin hazırki funksional ötürücülük qabiliyyətləri təftiş edilməli, "distant tədris" adı ilə ortaya çıxan qüsur və özbaşınalıqlar aradan qaldırılmalıdır. Xüsusi karantindən irəli gələn polis-vətəndaş münasibətlərində paqonluların daha nəzakətli və peşəkar davranışları təmin edilməlidir. Evdə qalmaqla nə yeyib-içəcəyini düşünən işsizlərə, kasıblara, hətta bütün vətəndaşlara kompensasiya verilməlidir.
Bir sözlə, indiki durumda görüləcək çox iş var. 
Biz isə KİV nümayəndəsi olaraq Azərbaycanın gələcəyi, intellektual düşüncə və qabiliyyəti naminə zərərli və aşırı koronainformasiyaları durdurulmalıyıq. Elə etməliyik ki, insanlarımız növbəti koronavirus barədə xəbərin aclığını çəkməsin, heç gözləməsin, hər kəs daha rahat yaşasın! Koronavirus var deyə, informasiya məkanlarımız istehlakçılar üçün olduqca qorxudan psixoz məkana çevrilməsin.
Elə edilməlidir ki, koronavirusdan sonra cəmiyyət beyninə yüklədiyi ağır stress və qorxunun şokundan manqurtlaşmasın. Əksinə, hamı anlasın ki, insan bütün virus növlərinin ən fövqündə bir yaradılışdır, insan allahın yaratdığı ən güclü varlıqdır! 
Onsuz, tezliklə deyəcəyik ki, koronavirus yoxdur...  
Allahdan xalqımızı hər cür bəladan qoruması diləyilə...
Osman Nərimanoğlu - jurnalist    
Demokratik.Az 
Oxşar xəbərlər