Qaradağda ahılların ayaqqabılı və ayaqyalın ziyarətçiləri - FOTO

  • 03 apr 2020, 19:46
Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri ahılların evinə baş çəkiblər və maraqlı anılara vəsilə olublar.
Belə ki, rayon ərazisindəki evləri ziyarət edənlər bəzi evlərə ayaqqabı ilə, digərinə ayaqqabılarını çıxararaq daxil olublar. Bu isə haqlı narazılıqlara səbəb olub.
Qaradağ RİH-in rəsmi http://qaradagh.gov.az/news/1404.html internet səhifəsində bunu əks etdirən fotoşəkillər yerləşdirilib.
Rəsmi xəbərdə deyilir ki, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan könüllülərdən ibarət qrup üzvləri bu gün rayonun bütün qəsəbələrində yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən artıq sakini evlərində ziyarət edib, onlara ərzaq və dərman yardımı ilə köməklik göstəriblər.
Ziyarətçilərin ayaqqabı ilə "reklam şousu"ndan o da aydın olur ki, ahıllar öz kasıb kümələrini isitmək üçün odun sobasından istifadə edirlər.
Allah bütün ahıllarımıza yar olsun, onları kimsəyə möhtac qılmasın!
Demokratik.Az 
 

Oxşar xəbərlər