Ayə, qoxun kəsilsin, qoxun! Könül Yusifqızının statusuna nəzirə...

  • 30 mart 2020, 14:07
“Nə gizlədim, mən iylərə qarşı cox həsasam hətta bəzi ətir iyləri belə məndə baş ağrı verə bilər. O ki qala adam iyi… qarşımdakı insan da iy verərsə bərbad olaram”.
Bu sözləri aparıcı Könül Yusifqızı özünün sosial şəbəkə hesabından paylaşıb.
Qalmaqallı paylaşıma səbəb olan müəllifin iyini lağa qoyduğu sevgilisinə qarşı yazdığı nifrin fikirləri müzakirələrə səbəb olub:
“O kişilər əlindəki balaca barmaqda dırnaq uzadır haa, bax elə iyrənirəm fuu…. sonra o küçəyə ki, xox- tfu edib tüpürürlər haa, ölüb – dirilirəm. Bir də əl yumaq xəstəliyi var məndə. Əl yumayanlar və yuyanlar diqqətimdən yayınmır.
Hələ çimmək … oy- oy çimmək gündə və ya gündə 2 dəfə olur, mənimçun. Çimməyənləri də həmən hiss edirəm. O cimməyənlər var ha, deyir ukladkam dağılmasın, bədəni yuyur, baş qalır. Üst – üstdə iy- qoxu hopmuş saç qalır. Və ya deyir neynirəm ki, gündə çimim? Və ya tez- tez çimsəm xəstələnərəm fuuu..
Hələ o əyninə köynəyi geyib tər iyini hopdurub sonra da gəlib çimib ya çimməyib səhəri gün yenidən o köynəyi geyinənlər var haaa fuuu, bax üst- üstə tər iyi yığan köynək paltarlardan o iy 50 dəfə yusan da getmir.
Və 100 metrədən o kəskin qat vermiş tər iyi adamı vurur. Hələ o makiyajini işdən- gücdən sonra yumayan silməyənlər var haa, üst – üstdə tonalni, krem, tuş, pudra yax ki, yaxasan və sonra da yuma, yat, dur yenə yax. Və dəri ki nəfəs almır haa, dəri altı səpkilər pintilikdən xəbər verir fuuu…
Hələ o dişini yumayanlar var haa, yediyi – içdiyi menyunu dişinin üstündə ilişib qalanlardan görmək olur fuuu.. hələ o xörəyi hortahort, lortalort, marcamarc, larcalarc yeyib ora – bura çırtdadanlar var haaa, fuuu..
Ödüm gəlir ağzıma.. bəlkə də mənim psixoloji bir xəstəliyim var? Bilmirəm ki, varsa da bu xəstəliyimdən məmnunam.
Sizi bilmirəm, vallah mən bu virusu sevdim. Nə gözəl təmizlik, nə gözəl gigeyena, bəh- bəh! Yəni millət, bu qaydalar ki, var bunlar tək koronovirusçun keçərli deyil ki, canınız təmizliyiniz gigeyenanizçun keçərlidir.
Mütləqdir ki, virusdan qorxub məcbur etsinlər sizi? Canınızın qeydinə də dövlət qalmalıdır? Sağlam olmaqçün üst–üstə yun corab geymək lazım deyil ki.. Sadəcə təmizlik qaydalarana əməl etmək kifayət edər.
P.S. 15 il qabaq məni sevən biri vardi. Simpotik boylu-buxunlu, yarasiqli və inanilmaz qədər imkanlı, pullu. O qədər sevirdi ki maqazadan ayaqqabi alanda əyilib əliynən yoxlayırdı ki sıxır ya sıxmır. Küsəndə 1 sutka balkonumun altından çəkilməzdi. Ürəyim nə istərdi alardı, nə istəsəm edərdi. Hərdən ağıla gəlməz bir şeylər istərdim, onu haralardansa tapıb gətizdirərdi. amma bu adam bir tər iyi verirdi.. aman Allahım maşınında pəncərələri də açırdım, keçmirdi. Ya restorana gedirdik üzbəüz belə iy vururdu məni.. Özümü heç cürə zorlaya bilmədim. Bax, o xərclənən və xərclənəcək pullar, onun istəyi, sevgisi qayğısı belə olmadı.. özümü zorlaya bilmədim, alınmadı, bitdi.
Və o mənim yaddaşımda məni sevən biri kimi yox, iy verən biri kimi qalıb. İnsan üçün iy çox önəmlidir. Məncə ruhu olan insanlar sevdiklərinin iyini sevir, qoxusunu sevir. Hətta ayrılıqdan sonra o iyi izləyir, gözləyir, axtarır”
Qoxu həssaslığı yaşayan Könül Yusifqızının yazdığı bayağı və əttökən statusuna bir cümləlik nəzirədən başqa şərh verə bilmirik. Könül dolayısıyla bəzilərinə bunu demək istəyib: "Qoxun kəsilsin, qoxun!"
Demokratik.Az
Oxşar xəbərlər