Demokratik TV
Xəbər lenti
Jurnalist Əfqan Muxtarlı azadlığa buraxıldı
- 17 mart 2020, 22:56
Jurnalist Əfqan Muxtarlı azadlığa çıxıb.
“Report”un əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsinin azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlının cəzasının qalan hissəsi şərti hesab olunaraq azadlığa buraxılıb.
Qeyd edək ki, ittihama görə Ə.Muxtarlı 2017-ci il mayın 29-u saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddələri ilə ittiham irəli sürülüb.
Balakən Rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılacaq
Jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirildi
Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib
Birləşmiş Ştatlar Əfqan Muxtarlının azad edilməsinə çağırır
Jurnalist Əfqan Muxtarlı barədə qərar verildi
Jurnalistə daha bir maddə ilə iş açıldı
Əfqan Muxtarlının bacısı və iki azyaşlı qohumu evdə ölü tapılıb
Jurnalist Əfqan Sadıqov saxlanıldı
“Lotu Quli”nin avtoritet kirvəsi azadlığa buraxıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti