Bu yeni deputatlar yanaşı oturacaq

  • 10 mart 2020, 20:51
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin yaz sessiyasının ilk iclası baş tutub.
“Qafqazinfo” VI çağırışda yeni seçilən deputatların bəzilərinin kiminlə yanaşı əyləşdiyini araşdırıb. 
Məlum olub ki, yeni simalardan bir neçəsini eyni masanı paylaşacaqlar. Belə ki, deputatlar Nigar Arpadarai və  Səbinə  Xasıyeva eyni partada əyləşəcək. Eyni masanı paylaşacaq daha 10  yeni sima var. Belə ki, Tamam Cəfərova Əminə Ağazadəylə, Elnur Allahverdiyev Soltan Məmmədovla, Razi Nurullayev  Erkin Qədirliylə, Sevil Mikayılova Arzu Nağıyevlə, Vüqar Bayramov isə Ramin Məmmədovla eyni masada əyləşəcək. 
Yeni seçilmiş deputatlardan bəziləri isə V çağırışda da seçilən deputatlarla yanaşı olacaq. Belə ki, Jalə Əhmədova həmkarı Ülviyə Ağayevayla,  Afət Həsənova Aqiyə Naxçıvanlıyla, Hicran Hüseynova isə Aydın Mirzəzadəylə, Fatma Yıldırım Elman Məmmədovla, Könül Nurullayeva Sədaqət Vəliyevayla, Anar Məmmədov Ülvi Quliyevlə eyni masanı paylaşacaq.
Bundan başqa, ilk dəfə deputat adı qazanan Etibar Əliyev də Fazil Mustafa ilə yanaşı əyləşəcək.
Oxşar xəbərlər