İnsultdan qorunmağın effektli vasitəsi - Yaşıl çay

  • 28 fev 2020, 07:36
Müntəzəm olaraq yaşıl çay içmək insultun inkişaf riskini 20 faiz azaldır.Pekindəki Çin Tibb Akademiyasından olan mütəxəssislər bu nəticəyə gəliblər.
Məsələ burasındadır ki, yaşıl çayda polifenol var və o, qanda lipidlərin səviyyəsini aşağı salır. Bununla da ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, yaşıl çayda qəfil ölüm sindromunun yaranması ehtimalını aşağı salan digər maddələr də var.
Bu içki ürəyin ölümcül xəstəlikləri halını 22 faiz, digər səbəblərdən ölüm hallarını isə 15 faiz azaldır.
Tədqiğata qədər uzun müddət yaşıl çay içməklə sınağa məruz qoyulmuş şəxslər insult və ürək-damar xəstəliklərinə digərlərindən 40 faiz çox dözümlü olublar. Bundan başqa, onlarda ölümcül ürək xəstəlikləri riski 56 faiz aşağı düşüb.
Həkimlər hər kəsə gün ərzində azı 3 stəkan yaşıl çay içməyi tövsiyyə edirlər.
Oxşar xəbərlər