Bəla və xəstəlikləri dəf etməyin asan yolu hansıdır?

  • 25 fev 2020, 07:46
Bir nəfər İmam Kazımın (ə) yanına gəlir və deyir: “Ailə üzvlərim 10 nəfərdir ki, hamısı xəstədir. Bilmirəm nə edim və onları bu bəladan necə xilas edim?”.
Həzrət (ə) buyurur: “Onları sədəqə və ehtiyacı olan möminlərə Allah yolunda ehsan etməklə müalicə et. (Ehtiyacı olanlara sədəqə ver və ondan isə ki, dua etsin) ki, heç bir şey sədəqə kimi tez bir zamanda hacəti yerinə yetirməz. Xəstə üçün heç bir şey sədəqə qədər faydalı deyildir”.
Hədislərdə oxuyuruq ki, Allah həsənələri mələklərin vasitəsilə əldə edər, sədəqədən başqa. Sədəqəni verənin əlindən özü alar. Bu səbəbdən bəzən İmam Səccad (ə) yoxsula yardım edər və mübarək əllərini iyləyərək, deyərdi: “Bu əl, İlahi ələ dəymişdir”.
Allah Təala Quranda buyurur: “Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!”. (“Tövbə” 104).
İmam Baqir (ə) buyurur: “Sədəqə 70 bəlanı insandan uzaqlaşdırar. Həmçinin pis ölümü insandan dəf edər. Sədəqə sahibi heç bir zaman pis ölümlə dünyadan getməz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə və sileyi-rəhm şəhərləri abad və ömürləri uzun edər”.
Əmirəl-möminin (ə) İmam Həsənə (ə) buyurur: “Əgər kimsə sizin yükünüzü qaldırsa və min il çiynində gəzdirsə və ehtiyacın olan zaman sənə versə, (bil ki) bu işi sədəqə insan üçün yerinə yetirər”. (Həvzəh)
Sədəqə insana çox sayda fayda gətirər. Onu bəla və xəstəliklərdən qoruyar, ruzisinin artmasına səbəb olar, ömrünü uzadar, günahlarının bağışlanmasına səbəb olar və yoxsulluğu həmin şəxsdən uzaqlaşdırar.
Ona görə də Məsumların (ə) tövsiyə etdiyi kimi, bəla və xəstəliklərimizi sədəqə ilə müalicə etməyə çalışaq. /Deyerler.org/
Oxşar xəbərlər