Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Tarix: 27-01-2020, 22:29 | Bölmə: Xəbərlər / Maraqlı

Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Məhməd Baydar və onun müavini Bahadur Dəmirin erməni terrorçu Qurgen Yanikiyan tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən 47 il ötür.

Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…Bu qanlı hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında mərhum diplomatların xatirəsi yad edilib.

Qeyd edək ki, 1973-cü il yanvarın 27-də türkiyəli diplomatları güllələyən erməni terrorçu yerdə can verən diplomatların başına da atəş açıb. Törətdiyi cinayəti etiraf edən terrorçu Q.Yanikiyan məhkəmə salonunda bu addımı digər ermənilər üçün örnək olaraq atdığını bildirib. ABŞ məhkəməsi onu siyasi terrorçu kimi mühakimə edərək ömürlük həbs cəzası ilə azadlıqdan məhrum edib.

Cari ilin may ayında mərhum Bahadur Dəmirin həyat yoldaşı, təqaüddə olan səfir Sina Baydur media vasitəsilə təcavüzkar Ermənistanın prezidentinə açıq məktub göndərib. O, məktubda erməni terrorçu Q.Yanikiyanın nəşinin İrəvandakı hərbi məzarlıqda dəfn olunmasına etirazını bildirib.

Terrorçu Q.Yanikiyanın nəşinin İrəvanda dəfn olunması ilə bağlı qərar bir daha təsdiq edib ki, terrorçuları qəhrəmanlaşdırmaq təcavüzkar Ermənistanın dövlət siyasətidir.  /Axar.az/

Xəbər {viewsadd} dəfə oxunub



Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.