Xəbər lenti
Bütün xəbərlər

Osman Nərimanoğlu yazdı: Mən prezidenti dəstəkləyirəm - BƏS SƏN?"

  • 26 okt 2019, 23:40

"Hər kəs siyasi əqidəsini və MƏNliyini bəyan etsin bilək!
Azərbaycanda qəribə siyasi situasiya beyinləri qarışdırıb, sosial sıxıntılardan bezmiş cəmiyyət çaşqınlıq içindədir. Sular bulanıb və indi kimin kimə xidmət etdiyini anlamaq bu ortamda müşkül olub.
Sular duruluncayadək bəzi əllərin kimin cibində eşələndiyini müşahidə edəcək, murdar və əqidəsiz yandaşların maskalarının qalınlığına həsəd aparacağıq. Amma, əndişəm siyasi mübarizədə olan gücsüz və qeyri-konseptual davranışlarla radikallıq aşılayan müxalifətdən və öz dividentlərini hər situasiyada artıran iqtidardan deyil. Əndişəm bəzi "Əliyevçi" kəsimin siyasi mərkəzdən və ümummilli dövlətçilik maraqlarından yan qaçaraq öz maraq və hikkələrini diqtə etmələrini sezməyimdədir.
Təsəvvür edirsinizmi, Əliyevlərin hakimiyyətinin mövcudluğu hesabına varlığa çevrilən, işə girəndə çulsuz biri olub indi dövlət məmuru şinelində milyonlarla pul qazanan bəzi iri ranqlı çinovniklər özlərini lap prezident kimi aparır. Nəymiş, onlara toxunmaq, fikirlərini çürütmək, adlarını mediada hallandırıb tənqid etmək, eyiblərini hayqırmaq olmazmış! Niyə? - Çün, yaxasında riyakarca Ulu öndər Heydər Əliyevin rəsmi olan nişan gəzdirir, otağında mərhum Heydər Əliyevin və prezident cənab İlham Əliyevin iri tablosu asılıb. Bəs unutmayaq ki, bunlar Əliyevlər siyasətinin qatı dəstəkçiləri, iqtidarı ayaqda tutan yetkililərmiş. Eləmi, bəs hanı o sədaqəti, siyasi əxlaqı, Əliyevçilik nümunəsini dəqiq ölçən barometr?! Nədir ümumiyyətlə milli dövlətçiliyə sədaqət andının möhürü ki, ona səcdələrinə inanaq. Və prezidentinə öz davranışları ilə açıq xəyanət edən, öz "canavar xislətini" cənab İlham Əliyev etimadından alıb geyindiyi məmur libası ilə də gizlətməyə çalışan birilərinə sayqılı olaq. Situasiyanı siyasi fəlsəfə ilə anlatmaq müşkülü məndə də var, amma bunu deyim.
Ölkə başçısının DEV İSLAHATLAR PROJESİ öz küləyini elə əsdirib ki, YAP hakimiyyətinin daxilindəki anti-islahatçılar başları gicəllək halda xoda düşüblər. Hansının neçə salamat dişi qalıbsa, cəmiyyətə, yan-yörələrinə və MEDİA cameəsinə qıcamaqdadırlar. Lənət oxuyuram onlara, xalqın adından !!!
İndi o müşahidə olunur ki, islahatların küləyini alan və Əliyevin yanında oturan hər bir ziyankar özünün mətbuatdakı ifşasını, qaçılmaz likvidasiyasını mirzələrinin bayağı kontr yazıları ilə savunmağa, sanki ömür uzatmağa məhkum olublar. Hətta, bəziləri dövlətin yetki və gücünü özlərinin şəxsi maraqlarına səfərbər edəcək psixologiyada qalırlar. Əlacları olsa, prezident "mənəm" deyərlər, bu ağır situasiyada yalnız özlərinin "toxunulmazlıq"larını düşünüb həll edərdilər, vəssalam!
İndi bəzi iribuynuzlu xəyanətpərvərlər üçün cənab prezidentin və dövlətin imicinin qorunması önəmli deyil, necə ki, iqtisadiyyatın, ictimai-siyasi münasibətlərin, ölkə mediasının - bir sözlə Azərbaycanın bütün vacib sferalarının şikəst hala salınmasına səbəbkar olub, Əliyev hakimiyyətində vicdanlı iqtidar yetkilisi kimi deyil, qatı iqtidar-xalq düşməni kimi yaşayıb və eləcə də yadda qalıblar. Bu ünsürlər iqtidar komandasından təcili rədd edilməlidir, haldan saldıqları nəzarət sahələrinin inkişafına sıfırdan baxılaraq islahatlar təmin edilməlidir.
"DOST DAR GÜNDƏ TANINARMIŞ" - deyib atalar.

Bu artıq neçənci dəfədir ki, Azərbaycan üçün çətin situasiyalarda məsum-quzu cildində Prezidentin ətəyinə sığınan, lakin, canavar xislətində olan xainlərin kimliyinin daha aydın qabardığını görə bilirik...

Xoş gəldin, ey islahat!

Bu sualı isə indi hamı verir. 

- MƏN PREZİDENTİ DƏSTƏKLƏYİRƏM - BƏS SƏN?!

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər