ADAU "Demokratik.Az"ın xəbərini təkzib edir

  • 23 okt 2019, 13:24
Azərbaycan Dövlət Aqrar Universitetinin "Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi" "Demokratik.Az"-a qısa təkzib mətni ünvanlayıb. Təkzibi şərh etmədən olduğu kimi diqqətinizə çatdırırıq: 

" ADAU tələbələrinin şəhərdə iməcliklərə cəlb olunması ilə bağlı yazıya cavab olaraq bildiririk ki, istər şəhər, istərsə də universitet səviyyəsində iməcliklərə tələbələr heç vaxt cəlb olunmayıb.
Tədris-təcrübə təsərrüfatında keçirilən praktik dərslərin, eləcə də tələbələr tərəfindən könüllü olaraq həyata keçirdikləri ekoloji layihələri iməcliyə məcburi olaraq cəlb edilməsi kimi qələmə verməyi kəskin şəkildə qınayırıq.
Universitetin ən müasir tələblərə cavab verən tədris-təcrübə təsərrüfatının təyinatı tələbələrin praktik vərdişlərinin formallaşmasına xidmət etməkdir və burada təşkil olunan sahəvi və praktiki dərslərin Gəncə şəhər İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur".
Bildirək ki, bu gün saytımızda Gəncə şəhər icra hakimiyyətinin xüsusi tapşırığı əsasında Gəncədə fəaliyyət göstərən universitetlərin iməciliyə sövq edilməsi barədə xəbər vermişdik.
Xəbərdə xüsusilə ADAU rəhbərliyinin icra başçısının qeyri-rəsmi əmrini icra etməsi, tələbə-müəllim heyətini Gəncənin müxtəlif yerlərində fəhləçiliyə cəlb etməsi üçün müxtəlif adda (məsələn - "ekoloji layihə") bəhanələrdən istifadə etdiyi qeyd olunmuşdu...
Oxşar xəbərlər