Xəbər lenti
Bütün xəbərlər

Azərbaycanda payız başlayır

  • 23 sen 2019, 09:49

Azərbaycanda payız fəsli bu gün - sentyabrın 23-də saat 11:50-dən başlayacaq. Bu barədə Modern.az-a Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxananın məlumatına görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək. Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq.

Rəsədxanadan o bildirilib ki, dekabrın 22-də 08:19-da isə Azərbaycana qış fəsli qədəm qoyacaq.

Oxşar xəbərlər