"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib

  • 21 sen 2019, 20:46

Azərbaycan Respublikasının ünvanına əsasız ittihamlar irəli sürür, insan hüquqları müstəvisində ittihamlar yağdırırlar. Bizim təşkilatımızın timsalında gətirəcəyimiz misallardan da görəcəksiniz ki, sıralarında olduğumuz İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli kimi belələri üçün gör-götür nümunəsidir”. Sonra Firidun İbrahimi sədri olduğu 72 yaşlı təşkilatın tarixi, strukturu, fəaliyyət isatiqamətləri barədə ətraflı məlumat verib. Sədr bunlarla əyani tanışlıq üçün tədbir iştirakçılarını qurumun Bakı şəhərinin Ə.Hüseynzadə küçəsi-66 ünvanında yerləşən 3 mərtəbəli ofisinə dəvət edib.

Mühacir övladı, AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, layihənin ictimai eksperti Səməd Bayramzadə Azərbaycan Respublikasına olan mühacirətin 6 müxtəlif mərhələsinin təhlilini verib. Tarixçi alim bu mərhələlərdə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dönəminin daha parlaq uğurlarla yadda qaldığını vurğulayıb.

Layihənin ekspertləri-Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və Nizami Rzaşüvari ("20 Yanvar” İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri) məruzə və çıxışlarında iranlı mühacirlərin təhsil, elm, mədəniyyət, incəsənət,

quruculuq işləri və digər sahələrdə qazandıqları naliyyətlərin, layiq görüldükləri təltiflərin, mənzillə təminatı, sağlamlıqlarının qorunması, digər qayğılarının,

problemlərinin həlli sahəsində görülən işlərin, Azərbaycanın ərazi bütövlüyünün qorunması sahəsindəki bəşəri igidliklərin İMC-nin mühacirətin dünyəvi Azərbaycan modeli adlandırlması üçün ciddi əsaslar verdiyini dilə gətiriblər.

Ötən əsrin 80-ci illərinin mühacirlərindən olan Murtuza Nizam oğlu (İMC İdarə Heyətinin üzvü) ekspertlərin çıxışlarına rəğmən özlərinin nümunəsində konkret misallar gətirib. İMC sədrinin müavini İsmayıl Abdullahi çıxında Qazax rayonundakı mühacirlərlə çoxillik əlaqələri barədə xatirlərini danışıb. "Dəyirmi masa”da Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Yazıçılar Birliyinin Qazax regional təşkilatının sədri Barat Vüsal, şəhid anası Tamella Süleymanova və başqalarının çıxışları da bu cəhətdən diqqəti çəkib.

Tədbirdə cəmiyyətin Qazax regional təşkilatının yenidən bərpa olunduğu və jurnalist Hacı Müvəssəqinin ora sədr təyin edildiyi bildirilib. H. Müvəssəqiyə vəsiqə və diplom təqdim olunub. Ümumiyyətlə tədbir bir sıra iranlı mühacir övladlarının yaddaşında belə unudulmaz anlarla yadda qalacaqdır. Belə ki, Əqdəmilər nəsli, Qadirilər, İbarhim Əliyev fəxri diplom, tibb işçisi Məmləkət İbrahimzadə, Poladxan Mahmudi və Valeh Sadiqi diplomlarla mükafatlandırılıb.

 

Demokratik.Az 

 


 

Oxşar xəbərlər