İTV-nin direktoru robota müsahibə verdi - Video

  • 17 sen 2019, 11:35

İTV-nin efirində "3D" adlı yeni layihəyə start verilib.

Demokratik.Az kult.az-a istinadən xəbər verir ki, verilişin bu gün efirə gedən ilk buraxılışının qonağı İTV-nin baş direktoru Balakişi Qasımov olub. B.Qasımov veriliş boyu robot aparıcı "Dadaş Dadaşlinksi”nin suallarını cavablandırıb.

B.Qasımov Azərbaycan televiziyalarından danışıb, yeni mövsümdə İTV-nin efirində baş tutacaq yeniliklərdən bəhs edib.

Azərbaycan televiziya məkanında ilk dəfə yayımlanan 3D formatlı veriliş tamaçılar tərəfindən böyük maraqla qarşılanıb.


Oxşar xəbərlər