Demokratik TV
Xəbər lenti
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
- 17 sen 2019, 07:54
Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda "şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub.
Demokratik.Az "qafqazinfo”ya istinadən xəbər verir ki, o, Naftalandakı beşulduzlu otellərin birində müalicə məqsədli şokalad rəngində maye ilə dolu vannadan çəkdirdiyi "selfie”ni instaqram hesabında paylaşaraq "Çox şokolad olmur” şərhini yazıb. Məmurun bu paylaşımı əksər izləyici tərəfindən tənqid olunub.
Baş vermiş qalmaqal fonunda Ulyanovsk qubernatoru Sergey Morozov açıqlama verib. O, Openışeva barəsində xidməti araşdırma aparmağa dair tapşırıq verdiyini, onun lüks həyatı nümayiş etdirdiyinə görə işdən çıxarıla biləcəyini bəyan edib.
"İstənilən qeyri-təvazökarlığın qarşısı alınacaq. Bir çoxlarının xaricə getməyə imkanı yoxdur. Amma mən baxıram xanım Openışevanın bacarığına, qərara almışam ki, xidməti araşdırma aparılsın. Daha təvazökar olmaq lazımdır. Öz maddi imkanlarını belə nümayiş etdirmək düzgün deyil”, - deyə qubernator bildirib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İngiltərədə "yumurta" qalmaqalı
Rusiyanın Kemerovo vilayətinin qubernatoru istefa verib
Azərbaycan əsilli məmurun işdən çıxarılması tələb edilir
Ramil Usubov xanım polkovniki işdən çıxardı
Saakaşvili: “Kiyev məni Polşaya deportasiya etməyi qərara alıb”
Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi
Mikayıl Cabbarovun "sifarişi", "Respublika" qəzetinin dərci, bir də "başına qapaz vurulan mətbuat xidməti"..
Şagirdin intihar etdiyi məktəbin direktoru işdən qovuldu
ATV-dəki qalmaqallı süjetlə bağlı redaktor işdən qovuldu
Poroşenkoya yersiz sual verən jurnalist işdən çıxarıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti