Demokratik TV
Xəbər lenti
Tərləmənin insan üçün faydaları
- 19 fev 2015, 17:58

ANS PRESS-in məlumatına görə, insan tərləməsə, onun vücudu normal fəaliyyət göstərə bilməz. Məsələn, tərləmə yolu ilə bədəndəki istilik çıxır. Eyni zamanda tərləmə yolu ilə bədən ətrafdakı temperatura uyğunlaşır. İnsanlar idman edərək tər vəzilərinin daha effektiv işləməsini təmin edə bilərlər. Nəticədə bədən temperatur dəyişikliklərinə daha asan uyğunlaşır.
Həmçinin araşdırmalar nəticəsində müəyyən edilib ki, insan bədənindəki milyonlarla tər vəziləri yaraların sağalmasını da sürətləndirir. Belə ki, tər vəzilərində yaraları sağaldan kök hüceyrələr var. Bundan başqa, tər vəzilərindən ifraz olunan xüsusi maddələr yaranın üzərindəki bakteriya və virusları öldürərək antibiotik təsiri göstərir.
Tərləmənin daha bir faydası isə ondan ibarətdir ki, tərləyən zaman bədəndəki zəhərli maddələr xaric edilir. Bununla da orqanizm artıq duz, xolesterol və alkoqol kimi toksinlərdən təmizlənir. Tərləmə həm də insanları daha çox su içməyə vadar edir. Bu da böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti