Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə

  • 23 avq 2019, 18:43

"Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğluna qarşı düzənlənən növbəti şər-böhtan və gözdənsalma kampaniyasının mühüm elementi üzə çıxır. Belə ki, bir müddət əvvəl aznews.az adlı saytın təqdimatı ilə tirajlanmış bir xəbərdə Göygöl Məhkəməsinin 03 iyul 2019-cu il tarixli (2 (066) 206-2019 saylı) qətnaməsinin təhrif edilməsi, iki "dost" tərəfindən həvəslə aşağılanması müşahidə olunub. Lakin, həmin qətnamədə iddiaçı-cavabdeh kimi adıkeçən Məhəmmədəli Qəriblinin və dostu Taleh Şahsuvarlının yürütməkdə olduqları qeyri-etik addımları, şəxsiyyət əleyhinə təhqir və böhtanları kənara qoysaq, daha qəribə bir müəmma da ortaya atılır.

Sual budur ki, Göygöl Məhkəməsinin möhürsüz və imzasız qətnamə nüsxəsi mediaya necə və kim tərəfindən ötürülüb? Göygöl Məhkəməsinin hansı işçisi və hansı məqsədlə natamam tərtibatlı bir qətnaməni Taleh Şahsuvarlıya göndərib? Hakimin möhür və imzasını kim və niyə belə qabaqlayıb?

 



"Demokratik.Az" bununla bağlı araşdırma aparıb. İlkin olaraq onu bildirək ki, internet üzərindən axtarış zamanı müəyyən olur ki, Göygöl Məhkəməsi hələ ki, elektron məhkəmə sisteminə qoşulmayıb. Yəni, qətnamə layihəsinin rəsmi mənbədən alınmadığı həqiqəti var. Kimliyi önəmli olmasa da, qətnamə Göygöl məhkəməsinin hansısa işçisinin vasitəsilə ötürülüb.

Bu barədə "Demokratik.Az"-a münasibət bildirən Osman Nərimanoğlu bunları deyib: "Əslində qətnamə sənədi açıq sənəddir və onun hər hansı yolla yayılması mənə tam önəmsiz mövzudur. Amma, bu hal Qəriblinin məhkəmə qətnaməsinə qədər keçirdiyi narahatlıqdan, mənə yalvarışlardan ortaya çıxıb. Guya, Taleh adlı dostu onun zəif imicini bu yolla əzilməkdən qorumağa cəhd edib. Təəssüf ki, alınmayıb.

O əvvəldən də çox narahat idi, haqlı olaraq da prosesin gedişindən çox qorxurdu. Ona görə, məhkəmələrinə bir dəfə də gəlmirdi.

Qətnamədən 10 gün əvvəl barışıq cəhdilə şikayətini notariat qaydasında təsdiqlə geri çəkmişdi. Bu barədə sənədi də məhkəməyə göndərmişdi. Lakin, müəyyən səbəblərə görə, mən onun qeyri-səmimi barışıq təkliflərini rədd etdim, razılaşmadım və sonda qətnamə çıxarıldı. Qətnamənin təhrifi də sabun köpüyü kimi oldu, sənədin əslini yaydım, bu çaşqınlıq da belə bitdi"- deyə jurnalist bildirib.

Göygöl Məhkəməsinin 03 iyul 2019-cu il tarixli (2 (066) 206-2019 saylı) qətnaməsini təkrar təqdim edirik:

 







   

Oxşar xəbərlər