Demokratik TV
Xəbər lenti
İcra başçısının oğluna yüksək vəzifə verildi
- 02 avq 2019, 15:36
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə yeni direktor təyin olunub.
Demokratik.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı "ASAN xidmət" mərkəzinin direktoru təyin edilib.
O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru vəzifəsini icra edib.
Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif olunub.
Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Seymur Mövlayevişdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ramiz Mehdiyevin oğlu “ASAN Xidmət”ə yeni sədr təyin edildi
Heydər Əsədovun adamları "vurulur" - yeni nazir "özkomanda" formalaşdırır
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Tovuzda “ASAN xidmət”-in tikintisinə 5 milyon ayrılıb
Yeni “ASAN xidmət” mərkəzləri açılacaq
Şamaxıda “ASAN xidmət” mərkəzi inşa olunacaq
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Ağcabədidə “ASAN xidmət” mərkəzi tikilir - SƏRƏNCAM
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti