ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb

  • 22 iyul 2019, 09:21
 
 
 
 
 
 
 
 
 
 
2019-cu ilin 9-18 iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) keçirilmiş bakalavriat səviyyəsinin tələbələri üçün
"Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi başa çatıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yay məktəbini uğurla başa vuranları səmimi qəlbdən təbrik edib, onlara uğurlar arzulayıb. Beynəlxalq Yay Məktəbi iştirakçılarının Qəbələ rayonuna səfəri zamanı və təşkilati işlərdə dəstəyinə görə "Grand Motors”a öz təşəkkürünü bildirib.  
İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən respublikanın müxtəlif bölgələrinə səfərləri özündə əks etdirən yay məktəbini çox yüksək qiymətləndirərək, yaradılan şəraitə, o cümlədən universitetin ən müasir standartlara cavab verən Tələbə evində yaşayış yeri ilə təminata görə rektora minnətdarlıqlarını bildiriblər. Sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 9-18 iyul tarixlərində keçirilən məktəbdə respublikamızın ali təhsil müəssisələri ilə (17 tələbə) yanaşı, Bolqarıstan (4 tələbə), Çin Xalq Respublikası (1 tələbə), Gürcüstan (3 tələbə), İran İslam
Respublikası (1 tələbə), Hindistan (1 tələbə), Qazaxıstan (2 tələbə), Qırğızıstan (2 tələbə), Özbəkistan (1 tələbə), Pakistan İslam Respublikası (1 tələbə), Polşa (1 tələbə), Rusiya Federasiyası (2 tələbə), Türkiyə (4 tələbə), Ukraynanın (2 tələbə) ali təhsil müəssisələrindən 42 tələbə iştirak
edib.
Demokratik.Az
Oxşar xəbərlər