Xəbər lenti
Bütün xəbərlər

Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi

  • 12 iyul 2019, 22:46
 
 
 
 
 
 
 
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Reaksiya TV» internet televiziyasının ofisində iyulun 10-da baş vermiş insidentlə bağlı Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb.
Belə ki, «Reaksiya TV»nin prezidenti Zaur Qəriboğlu Mətbuat Şurasına müraciət edərək bildirib ki, həmin gün özlərini Nadir və Namiq kimi təqdim edən iki nəfər redaksiyaya gələrək onu təhdid ediblər.
Həmin məsələ ilə bağlı Baş Prokurora ünvanlanan müraciətdə Zaur Qəriboğlunun üzləşdiyi durumun ətraflı araşdırılacağına və baş vermiş hadisənin müvafiq huquqi qiymət alacağına əminlik ifadə olunur.
 
Demokratik.Az 
Oxşar xəbərlər