Demokratik TV
Xəbər lenti
Heydər Əliyevin nazir təyin etdiklərindən kim qalıb?
- 05 iyul 2019, 12:55
Mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 28 aprel 1994-cü ildə Daxili İşlər naziri təyin olunan Ramil Usubov ötən ay prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olundu.
Demokratik.Az bildirib ki, hazırda Azərbaycan hökumətində Heydər Əliyevin yüksək vəzifəyə təyin etdiyi şəxslərin cəmi bir neçəsi qalıb. Onlardan biri Mədəniyyət naziri Əbülfəs Qarayevdir. O, 1994-cü ildə H. Əliyevin əmri ilə Azərbaycanın Gənclər və İdman Naziri təyin edilib. Sonradan nazirliyin adı Gənclər, İdman və Turizm Nazirliyi, daha sonra Mədəniyyət və Turizm Naziriliyi olub. Hazırda isə o Mədəniyyət Naziriyinə rəhbərlik edir.
Heydər Əliyevin nazir təyin etdiyi və hazırda da öz vəzifəsində olan digər şəxs Ədliyyə naziri Fikrət Məmmədovdur. O, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin olunub və 19 ildir ki, eyni postdadır.
Mərhum H. Əliyevin yüksək vəzifəyə təyin etdiyi şəxslərdən danışdıqda Kəmaləddin Heydərovu yada salmamaq olmaz. Düzdür, o, keçmiş prezidentin zamanında nazir vəzifəsinə təyin olunmamışdı, amma Gömrük Komitəsinin sədri olmaq hətta bir sıra nazirliklərlərdən daha yüksək postdur. Heydərov 1995-ci ilin yanvar ayında H. Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında isə İlham Əliyev tərəfindən Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib və hazırda da öz postundadır. /yenisabah/

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ziya Məmmədov Baş Nazirin müavini təyin oluna bilər
Prezident Ramil Usubovu qəbul etdi – Foto
Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür
Sabiq icra başçısına yeni vəzifə verildi (FOTO)
Prezident daha 6 nazir təyin edib – TAM SİYAHI
Azərbaycanın yeni hökuməti – Böyük dəyişikliklər (DETALLAR)
Azərbaycanda xanım nazir təyin edildi
İlham Əliyevin doğum günüdür
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti