Xəbər lenti
Bütün xəbərlər

ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!

  • 15 iyun 2019, 10:45
NAZİLƏ UDUZDU, YOXSA XOŞQƏDƏM?!
İKİ "güclü" xanım arasında yaşanan narazılıq Məhkəmə müstəvisində hələ də davam edir. Yaxın zamanda iş Ali Məhkəməyə yüksələcək. Olduqca üzücü və təəssüfedici durumdur. Kimin haqlı olmasından asılı olmayaraq...
Əslində, hər gün efirdən ailələrin müzakirəsini həyata keçirən, şəxsi məsələlərə qarışan və ağlına gələni ictimailəşdirib insanların qeyzi ilə oynayan, itmişləri guya "tapan" şouvumen jurnalist-xəfiyyə Xoşqədəm Hidayətqızının apardığı "Səni Axtarıram" verilişi bağlanmalıdır. Şairə Nazilə Səfərli arasında alovlanan və bir ömür boyu tərəflər arasında sağalmaz kin-küdurət yaradan belə verilişlərin mahiyyəti yeni qurbanlar törətməmiş dəyişdirilməlidir. Bu mənim tək istəyim, arzum, şakərim deyil, bu cəmiyyətin xeyli kəsiminin haqlı tələbidir. Ancaq bunun üçün də Xoşqədəmin öz şousevərlik qayğıları, cəmiyyətə baxış tərzi, aqressiv pataloji deyimləri dəyişməlidir, özü də mütləq!
Bugün yayılan məlumata görə, Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu üçün aparıcı Xoşqədəm Hidayətqızından üzr istəməli, dediklərini mediada təkzib etməli və 1000 manat təzminat ödəməlidir. Bunun qarşılığında, xanım Nazilə Səfərli aqressiv apponentinə açıq məktub göndərib və məhkəmə qərarına baxmayaraq, aparıcıdan üzr istəməyəcəyini deyib:
SİTAT:" Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, (İnşallah olsun, ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib,illərini, əsəblərini bu yolda qurban versən, yenə sən məndən üzr gözləmə!!!" - SİTATIN SONU
Bu gərginlik cəmiyyətə lazım olmasa da, Nazilə Səfərlinin timsalında məhz bir şou - verilişinin cəmiyyətdəki fərdlərə qarşı "SAVAŞ" apardığını isbat edir. Xoşqədəm Hidayətqızının özü isə bir komandan kimi, efirdə senzurasız pilədiyi ifadələri isə göstərdiyi şounun əsgərləri kimi görünür. TƏƏSSÜF...
Şairənin məhkəmədə hüquqi baxımdan uduzduğunu dəyərləndirmək istəmirəm. Amma, onun zərərli Xoşqədəm missiyasına qarşı hələ də üsyan etməsi mənəvi qələbənin şairədə olduğunu göstərir. Ona görə ki, mavi ekranda vətəndaşlara vurduğu bir neçə kubluk narkozun təsirindən yuxulayan millət şairənin timsalında artıq ayılır...
Təbii ki, təhqiredici ifadələr lazım deyildi və bu yolverilməzdir.
Verilişdəki ab-hava nə dərəcədə şairənin əsəblərini tarıma çəksə, nə qədər adekvat məcburiyyət olsa da. Çün, bu şouvumenə axtardığı iddia predmetləri verdi.

Xoşqədəm Hidayətqızı özü də hazırladığı şouverilişlərdə, ailə məsələlərində Nazilə Səfərli kimi tanınmışları lazımsız yerə hədəfə almasa, adi məişət məsələlərini, şəxsi həyat mövzularını saqqız kimi çeynəməsə yaxşıdır. Təbii ki, verilişi rəsmən bağlanana qədər...

Osman Nərimanoğlu

Oxşar xəbərlər