Demokratik TV
Xəbər lenti
Dünya müsəlmanları Ramazanı qeyd edir
- 05 iyun 2019, 09:52
Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.
Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatı hər il Ramazan ayının son günü çıxarılır. QMİ–dən bildirilir ki, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur.
Fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır. Ailə üzvlərinin hər birinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü və s. ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır. Builki təqvimə əsasən, fitrə zəkatı iyunun 4-də axşam saatlarından iyunun 5-dək, daha dəqiq desək, bayram namazına qədər (08:00 və ya 09:00-a qədər) çıxarılması vacibdir. Fitrə zəkatı ehtiyacı olanlara verilməlidir. Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz.
Bu, orucun qəbul olunmasının şərtlərindən biridir. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür”.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb. İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bu gün Ramazan ayının sonuncu günüdür
Bu gün Ramazan ayı başlayır
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Xoş Gəldin 11 Ayın Sultanı!
Bayram namazı başlayıb - FOTO
Şeyx Ramazan münasibətilə bayram namazına qatılıb
Ramazan ayının başlanma tarixi açıqlandı
Ramazan ayının namaz, imsak və iftar vaxtları - CƏDVƏL
Ramazan ayının 1-ci gününün DUASI
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti