ADAU-nun "2019 - MƏZUN GÜNÜ KONSERTİ" - 50 MİNLİK DƏBDƏBƏ OLACAQ

  • 30 may 2019, 18:56

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin və ADAU-nun qeyri-ənənəvi təşkilatçılığı ilə 1 iyun 2019-cu il tarixində saat 11:00-da möhtəşəm "Məzun günü" konserti keçiriləcək. Bu barədə məlumatı ADAU-nun tələbə təşkilatı yayıb. Onlar maraqlı videoçarx hazırlayaraq öz aralarında paylaşıblar.

Məlum olur ki, builki tədbir coşqusu öncəki illərdə keçirilənlərdən xeyli fərqlənəcək.

"Demokratik.Az"-a məzun tələbələrin verdiyi məlumata görə, ADAU-nun məzun gününə həsr ediləcək konsert tədbirinin səhnəsində məşhur DJ Turab, müğənnilər Nurlan Təhməzli, Samirə Məmmədova və Ləman Əliyeva çıxış edəcəklər.

Konsert tədbirinin ərsəyə gəlməsinə təxminən 50 min manat pul vəsaiti xərclənəcəyi, bu israfçılığa isə birbaşa nazir İnam Kərimovun da razılıq verdiyi deyilir. 

Xatırladaq ki, ADAU əvvəlki illərdə də nazir İnam Kərimovun müşaiyyəti ilə "məzun günü" keçirib. Lakin, ötən tədbirlər ənənəvi sadəliyi ilə yadda qalıb.

Tədbirə təhsil və kənd təsərrüfatı nazirliyinin əməkdaşlarından başqa, Gəncənin icra başçısı Niyazi Bayramovun və şəhərin deputatlarının da dəvət aldığı verilən məlumatlar sırasındadır...

Demokratik.Az tədbirə dair videoçarxı təqdim edir:


Oxşar xəbərlər