Xəbər lenti
Bütün xəbərlər

Vahid Mustafayev: “ANS tam bəraət aldı”

  • 06 may 2019, 19:53

"Əziz dostlar, bu mübarək gündə bir şad xəbəri də Sizinlə bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.

Open.az xəbər verir ki, bu sözləri ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.

"Məktubda 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildiyi qeyd edilib: "Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən ölkəmizin prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi.

Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!" - deyə, V.Mustafayev bildirib.

Qeyd edək ki, televiziya 2016-cı il iyulun 18-dən fəaliyyətini dayandırıb.

Oxşar xəbərlər