Yaşa Mübariz! Bayraqdar Elmanın müalicəsini öz üzərinə götürdü

  • 05 may 2019, 16:56

Mübariz Məsimov Azərbaycanın bayraqdarı kimi tanınan, Milli Azadlıq Hərəkatının fəallarından olan Elman Türkoğlunun müalicəsini öz üzərinə götürüb. 

Bu barədə M.Məsimov özü bildirib.

Xatırladaq ki, Elman Türkoğlu səhhətində yaranan problemə görə 5 saylı xəstəxanaya yerləşdirilib. Bayraqdar Elman xəstəxanaya yerləşdirildiyi zaman çox ağır vəziyyətdə olub, indi isə səhhətində müəyən dəyişiklik müşahidə olunur. Həkimlər ona mədəaltı vəz və prostat vəzində şiş diaqnozu qoyub. 

Bayraqdar Elmanın adına bank hesabı açılsa da, hələlik həmin hesaba heç kəs tərəfindən köçürmə edilməyib.  Bayraqdar Elman müalicə üçün "Palmali” Şirkətlər qrupunun rəhbəri Mübariz Məsimova müraciət edib. 

Oxşar xəbərlər