Paşinyan Medvedevi gecə klubuna apardı

  • 01 may 2019, 08:05

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Baş naziri Dmitri Medvedev aprelin 29-da saat 22: 00-da Yerevan klublarından birində – "Klub 12″də olublar.Virtualaz.org bildirir ki, bu barədə "Novosti Armeniya”ya klubun sahibi Narek Manukyan məlumat verib.

Onun sözlərinə görə, yüksək səviyyəli qonaqlar desert sifariş verib, paxlava yeyib və hətta məşhur pop mahnılardan birinin versiyası altında rəqs ediblər.

"Onlar kluba əvvəlcədən masa sifariş etmədən, təsadüfən gəldilər. Klubda təxminən iki saat vaxt keçirdilər. "Project 12″ mahnıları onların çox xoşuna gəldi və onlar hətta rəqs etdilər. Çox xoş və pozitiv atmosfer vardı, hər şey sadə idi. Özü də onlar rəsmi geyimdə deyildilər”, – deyə Manukyan vurğulayıb.

Oxşar xəbərlər