Xəbər lenti
Bütün xəbərlər

Çılpaq qızlar maşına hücum etdi (FOTO)

  • 10 fev 2015, 15:14
Yarıçılpaq aksiyaları ilə məşhurlaşan FEMEN-in qızları yenidən meydana çıxıb.


ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, yarıçılpaq qızların hücumuna bu dəfə Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş prezidenti Dominik Stross Kann məruz qalıb.

Kann ifadə vermək üçün Fransanın Lill şəhərindəki məhkəməyə gətirilib. Bu zaman yarıçılpaq olan 3 FEMEN-li qız maşının üzərinə hücum edib.

Polis üzərlərində şüarlar yazılan qızlara dərhal müdaxilə edib. Onları yeraltı maşın dayanacağına aparıblar.

Xatırladaq ki, Stross Kanda daxil olmaqla 14 nəfər qadın alveri ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

65 yaşlı Kann bir neçə il öncə otel otağında xadimə qadına hücumda ittiham edilərək saxlanmışdı.
Oxşar xəbərlər