ADAU-nun tələbəsi Türkiyədə Ege Universitetinin Rektoru ilə görüşüb
- 29 apr 2019, 08:04
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsinin tələbəsi Vəliyev Ruslan Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin Rektoru Necdet Budak ilə görüşüb.
Bu barədə "Demokratik.Az"-a tələbə özü məlumat verib. Ruslan Vəliyev görüş əsnasında ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdırıb, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası və tədris prosesi haqqında geniş məlumatlar verib. Universitetdə Aqronomluq, Baytarlıq və Zoomühəndislik, Aqrobiznes və İdarəetmə, İqtisadiyyat,Mühəndislik və Aqrotexnologiya fakultələrinin olduğunu bildirib. Həmçinin ADAU-da olan pataloji anatomiya və anatomiya muzeyləri, quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə evləri haqqında rürkiyəli rektora geniş söhbət açıb.
Sonda Ruslan Vəliyev Rektor Necdet Budaka ADAU-nun tarixini və inkişaf yollarını əks etdirən kitab hədiyyə edib.
ADAU-dan verilən məlumata görə, onlar tələbələrinin belə uğurlarına sevinir və gələcək məzunlarının aqrar kadr potensialının artırılması üçün onlara dövlət səviyyəsində hər cür şərait yaradılır.
Demokratik.Az
