Azər Həsrət "rusca" da düşünə bilmirmiş..

  • 17 apr 2019, 12:40
"İçməyə və çəkməyə meylli olan daha çox rus məktəblərinin şagirdləridir"... (?!) 
Dəyərli dostlar! Bu mücərrəd və köntöy fikrin müəllifi özünü geniş anlamda bizlərə tanıda bilmiş əməkdart jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətdir.
Azər Həsrət ötən gün özünün sosial şəbəkə hesabında az qala millətçilik edirmiş kimi, dil ayrıseçkiliyi yaradan qalmaqallı sətirlər yazıb: 
SİTAT: "Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun" - sitatın sonu!.
Məncə, Azər Həsrət adamı belə düşüncə tərzi ilə təəccübləndirməyə qəsdən davam edir. Onun postuna yüzlərlə tənqidi fikirlər yönəlsə də, əslində bu status özlüyündə heç bir fərli fikir daşımır, müəllifin primitiv qavramını ifadə edir. 
Statusda 5 cümlə ("fikir"-O.N) var ki, ardıcıl olsa da bir-birinin ziddinədir. Diqqət etsəniz görərsiniz... 
Azər Həsrət elə ilk cümləsini növbəti cümləsi ilə şübhə altına alıb, təsdiqsiz buraxır. Dezinformasiya həvəskarlığını günahsız qiyafəsi ilə sırımağa çalışır. 
Statusun 3-cü cümləsində içməyə və çəkməyə meyilliliyi rus məktəblərində axtarır. 4-cü cümlədə 700 bal toplayan rusdilli məktəb məzunu axtarmağa can atır. Yenə soruşaraq, dəqiqləşdirməyə çalışaraq. Çünki yazdıqlarının məğzi bilgisizliyindən, sual verib cavab istəməkdən ibarətdir. 
Müəllif həmişəki kimi, bu statusu da cızmaqara etmək xatirinə ucuz yüklü, mənasız bir status olaraq ortaya atıb.
Azər Həsrətin statusu birbaşa rusdilliləri pis vərdişlərə - siqaret çəkib araq içməyə daha çox meyili olanlar kimi təqdim etməklə aşağılama cəhdidir. 
Əgər özünü ziyalı, ictimai rəyçi hesab edən Azər Həsrət belə həssas mövzuda da neqativ düşünə bilmişsə, bunun səbəbi -günahkarı əsla rus dili və rusdilli məktəblər deyil. Görünür, efirlərdə çıxışı zamanı sözünü rus dilində kafiyə ifadə etməyi bacarmaması onda bu yabancı dilə və rusdilli gəncliyə əməllicə kompleks yaradıb. Bunun başqa nə adı?!
Hansısa vərdişlərin formalaşmasında məktəbləri belə qınamaq isə, Azərbaycanın təhsil strategiyasının ziddinədir, azbilmişlikdir. Kim təsəvvür edə bilər ki, təhsil ocağı şagirdlərinə araq içməyi, siqaret çəkməyi təbliğ etsin? Kimdə o statistika var ki, klublarda-əyləncə məkanlarında daha çox əylənən rus məktəblərində oxuyanlardır? Bu sadəcə, xalq artisti Faiq Ağayevin də dediyi kimi, Azər Həsrətin üzqaraldan bəyanatıdır. Olduqca savadsız, istinadsız və mənasız bir bəyanat...
Rusdilli məktəblərdən söhbət getsə də bu aqressiv status Azər Həsrətin bilgisizliyindən, naxoş keçmişindən, daxili eqosundan və cəmiyyətə qarşı qeyri-səmimiliyindən doğur. 

Azər Həsrət öz zehniyyətini yenə faş elədi, bu kərə də RUSCA!..

Osman Nərimanoğlu

Oxşar xəbərlər