Gombul polislərimiz arıqlasa yaxşıdır, YOXSA (?!)

  • 10 mart 2019, 11:55
Daxili İşlər Nazirliyi Sumqayıt polisinin bir neçə GOMBUL əməkdaşını idman və sair normativlərin öhdəsindən gələ bilmədikləri səbəbilə işdən uzaqlaşdıraraq hələlik sərəncama götürüb. 
Hesab etmək olar ki, GOMBULLARIN birdəfəlik polis sıralarından qovulmamağına səbəb onlara tezliklə arıqlamaq, idmanla məşğul olub zəruri normativi ödəmək şansının verilməsidir. Ancaq onlar işlərinin xatirinə arıqlayacaqlarmı, idman edəcəklərmi?..
Azərbaycanda yüzlərlə hədsiz kök, bədənlərini aşırı piy basmış polislərimiz var. Məncə, Daxili İşlər Nazirliyi Sumqayıt polislərinin timsalında ölkə üzrə rəis heyətindən tutmuş sıravi polis nəfərlərinədək "kökləri təcrid islahatı" aparmalı, asayiş keşikçilərimizin peşə xidmətləri naminə könüllü surətdə arıqlama instiktinə nail olunmalıdır.
Onu da deyək ki, bütün şəhər və rayonlarımızda həftənin müvafiq günlərində polislərin idmana, məcburi hazırlıq məşğələlərinə cəlb olunduğunu, buna hər cür şəraitin yaradıldığını bilirik. Lakin, əksər polislərin bu idmanlardan yayındığı, yerlərdə fiziki hazırlıq məşğələlərinin düzgün təşkil olunmadığı problem olaraq ortaya çıxır. Bəlkə, polisləri tam nəzarətdə saxlamalı, onları kökəlməyə əvvəlcədən qoymamalı... 
Ümumiyyətlə, kök polislərə qarşı ciddi islahatların demokratiyaya zidd olduğunu düşünənlər də ola bilər. 
ABŞ-da, Rusiyada və Avropanın əksər ölkələrində gop-gombul polislər bizdəkindən daha çoxdur və bu normal qarşılanır. Deyəsən polis məsələsini avrointeqrasion edib çaşdım, sonu öz diqtəmlə gətirə bilmədim. Məcbur iki seçimlə üz-üzəyik. Paradoksal iki təklif: 
- 1) DİN arıq polislərimizi də kökəltsin ki, ölkəmizdə polislərimizin hamısı standart kök olsun! 
- 2) DİN ölkədəki qarnı özündən qabaq vətəndaşlara şığıyan bütün kök polisləri arıqladaq, kök polislərə qarşı kəskin islahatları davam etdirsin! 

Təbii ki, polislərimizin şux cüssəsi, fiziki hazırlıqlı qarınsız görkəmi nəzakətli rəftarı ilə Azərbaycana daha yaxşı yaraşar!!!

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər