Keçi bələdiyyə sədri oldu – İnanılmaz

  • 09 mar 2019, 14:28

ABŞ-ın Vermont əyalətində Linkoln adlı keçi Fair Havem qəsəbəsində fəxri bələdiyyə sədri seçilib.

Teleqraf.com xəbər verir ki Linkolnin fəxri bələdiyyə sədri olduğu qəsəbənin 2500 sakini var.

Keçi yaxın bir il ərzində qəsəbənin önəmli günlərində və tədbirlərində özünü göstərməli olacaq.

Qəsəbənin idarəçisi Joe Gunter deyib ki, qəsəbənin bələdiyyə sədri olmadığı üçün heyvanı "fəxri bələdiyyə sədri” olaraq seçkilərlə müəyyən etmək qərarı verilib.

Oxşar xəbərlər