Tramp tvitterdə düşmənlərindən “üzr istəyib”

  • 06 mart 2019, 08:21

ABŞ prezidenti Donald Tramp Respublikaçılar parityasının reytinqi artdığı üçün istehza ilə tvitterdə düşmənlərindən "üzr istəyib”.

"Respublikaçıların nüfuzu yenidən 93%-ə qalxıb. Sizdən üzr istəyirəm, cənab "heyterlər” (nifrət edənlər-red.). Yenidən Amerikanıı böyük edək!”,- deyə D.Trampın mesjında yazılıb.

Lakin Ağ Evin rəhbərinin yüksək reytinq barədə sözləri ən azı şübhə doğurub. "The Guardian” qəzetinin yazdığına görə, prezident yəqin ki, özünün partiyası içindəki nüfuzu ilə Respublikaçıların reytinqini qarışdırıb.

Çünki "Gallup” sorğu mərkəzinin məlumatına əsasən, iqtidar partiyasının siyasətini sadəcə 37% amerikalı dəstəkləyir. Demokratlarda isə bu rəqəm 45% təşkil edir.

Fevralın 7-də açıqlanan rəy sorğusunda isə Donald Trampın reytinqinin 40%-ə qədər endiyi açıqlanmışdı. Bu, ABŞ prezidentləri üçün yeni antirekord sayılır.

Üsətlik respondentlərin 55%-i onun siyasətini qətiyyən dəstəkləmədiklərini ifadə ediblər.

Oxşar xəbərlər