Demokratik TV
'Gəncənin səsi'-nin özəl günü - Rəfiqə Sadıqova "70"
"Gəncənin səsi” qəzetinin baş redaktoru, "Qızıl qələm”, "Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, "Tərəqqi” medallı, Prezident Mükavatçısı, Ali Media Mükafatçısı və ən nəhayət peşəkar jurnalist Rəfiqə xanım Sadıqovanın 70 yaşı tamam olur.
Sadıqova Rəfiqə Yusif qızı 1949-cu il martın 4-də Ağdam rayonunda anadan olub.1971-ci ildə BDU-nun (keçmiş ADU) jurnalistika fakültəsini bitirib.1976-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1996-cı ildən Yazıçılar Birliyinin üzvüdür. 1982-ci ildə Jurnalistlər Birliyinin "Qızıl qələm” , Həsən bəy Zərdabi mükafatlarına layiq görülüb.
1970- ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin orqanı olan "Gəncənin səsi” ("Kirovabad kommunisti”) qəzetində sıravi müxbir kimi işə başlayan Rəfiqə xanım Sadıqova bu qəzetdə müxtəlif illərdə şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. Peşəkar jurnalist hazırda "Gəncənin səsi” qəzetinin baş redaktorudur.
2004-cü ildə Ankara Ticarət odası və erməni araşdırmalar mərkəzinin təşkil etdiyi Beynəlxalq simpoziumda iştirak edib və onun Xocalı soyqırımından bəhs edən məruzəsi simpoziumun xüsusi buraxılışında dərc olunub. Yaradıcılığında əsasən mənəvi-psixoloji problemlərə üstünlük verir. Çoxsaylı sənədli hekayə, povest və publisist məqalələrin, habelə, "Dünya beş günlük deyil…”, "İkinci toy” və "Nigaran qalacağam” romanlarının müəllifidir.

Dövrü mətbuatda vaxtaşırı bədii və publisistik yazıları ilə çıxış edən Rəfiqə Sadıqovanın «Gecikmiş etiraf» və «Lalə əfsanəsi» hekayələri ingilis dilinə tərcümə edilərək Amerika oxucularına təqdim edilib. Həmçinin, 2019-cu ildə Rəfiqə xanım Sadıqovanın sayca 4-cü olan "Gecikmiş etiraf" kitabı çapdan çıxıb.
Onu da bildirək ki, Rəfiqə xanım Sadıqova Azərbaycanın tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun bacısıdır.
Demokratik.Az saytı olaraq Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirak edən, publisist-yazıçı, peşəkar jurnalist və yaradıcı ziyalı Rəfiqə Sadıqovanı doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, yorulmaz fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.