Demokratik TV
Xəbər lenti
Cocuq Mərcanlıda ilk toy zənguləsi
- 03 mart 2019, 23:47
Toyda Cocuq Mərcanlının bütün sakinləri iştirak ediblər.
Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, "Qayıdış” parkı inşa edilib. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Fransalı senatorlar Cocuq Mərcanlıda
"Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın müjdəçisidir"
İcra başçısı Cocuq Mərcanlıdakı yeni həyatdan danışdı
"Zəfər çox yaxında - Şuşada, Laçındadır" - VİDEO
Cocuq Mərcanlıda 10 evə baxış keçirilib
“Kiçik torpağa böyük qayıdış”- müxalifət Cocuq Mərcanlı qərarını dəstəklədi
Cocuq Mərcanlıda Qurban bayramı qeyd olunub
QARABAĞ NİSKİLİ - Füzuli və Cəbrayılın işğalından 24 il ötür
Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub
Cocuq Mərcanlı ilk addımdır – Məmmədyarov
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti