Xəbər lenti
Bütün xəbərlər

Metrodakı sıxlığı necə aradan qaldırmaq olar? - VİDEO

  • 28 fev 2019, 17:59

Günün müəyyən vaxtlarında, xüsusən səhər, günorta, axşam saatlarında metroda sıxlıq, insanların axını müşahidə olunur. Bu isə həmin vaxtlarda dərsə gedib-gələn tələbələrin, şagirdlərin və yaxud da işə gedib, işdən gələn isanların çoxluğu ilə əlaqədardır.

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Metroda sıxlıq elmlərdə daha çox olur. Əsasən səhər, dərsdən çıxan və başlayan vaxt olur”.

Sakin: "Səhər 9-un yarısı dərsə gedəndə sıxlıq çox olur”.

Anoloji hal 2 gün əvvəl də baş verib. Qatarlar stansiyaya gecikmə ilə daxil olub. Nəticədə səhər saatlarından etibarən Bakı metrosunda sıxlıq müşahidə edilib.

Azər Allahverənov– Ekspert: "Deyirlər ən azından gün ərzində 1 milyon insan metroda daşınır. Təsəvvür edin, 1 milyon insannın metroda daşınması müəyyən sərnişin sıxlıgına səbəb ola bilən bir haldır. Və dünyanın bir sıra dövlətlərində, xüsusən iri şəhərlərdə metroda sərnişin sıxlığı ilə bağlı bu və digər formada mübarizə aparmağa çalışırlar”.

Hazırkı vəziyyətin çıxış yolu isə stansiyaların sayının artırılmasıdır. Söhbət təkcə metro şəbəkəsinin şəhər ərtafına doğru genişləndirilməsindən yox, eyni zamanda mərkəzdə, mövcud stansiyalar ətrafında da yeni stansiyaların inşasından gedir.

Azər Allahverənov– Ekspert: "Addım üzrə yaxınlaşma deyirlər buna. Metro stansiyaları elə inşa edilir ki, hər bir insan digər ictimai nəqliyyat növündən istifadə etməyərək, addımlamaqla yaxında olan metro stansiyasına yaxınlaşa bilər”.

Mövcud vəziyyətdə isə metroya yaxınlaşa bilənlər belə, dəqiqələrlə stansiyada gözləməli olurlar. Qatarların gec gəlməsi, intevalın çox olması səbəbindən platformaya həddən çox sərnişin yığılır ki, bu da sıxlıqla yanaşı, gecikmə kimi diskomfortlar yaşadır.

Bakı metropolitenində isə hesab edirlər ki, yaxın gələcəkdə bu problem aradan qalxa bilər. Metroda olan sıxlıq qatarlar arasındakı intervalla əlaqədardır. 28 may stansiyasında yaşıl və qırmızı xətlərin ayrılmasında sonra qatarlar arasında olan interval azalacaq.

Bakı metrosunun baş mühəndisi Əlixan Osmanov mətbuata açıqlamasında bildirib ki, bunun üçün Həzi Aslanov" stansiyasından "Xətai" stansiyasına qədər əlavə tunellər tikilməlidir. "Dərnəgül" stansiyasından ən azı "Koroğlu" stansiyasına qədər olan hissə ayrılmalıdır.Bundan sonra isə qatarların yarısının hazırkı "28 may”, qalanının isə "Cəfər Cabbarlı” stansiyasından keçməsi, sərnişin sıxlığını tarazlaşdırılması mümkün olar. Baş mühəndis bildirib ki, bu məsələ ilə bağlı konsepsiya hazırlanıb, hökumətə təqdim olunub. Həmin konsepsiya barədə daha ətraflı və sərnişinlər üçün anlaşılan cavab almaq istəyimiz isə baş tutmadı. Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov bütün günü iclasda olduğu əsas gətirərək, açıqlama verməkdən imtina etdi.


Oxşar xəbərlər