Xəbər lenti
Bütün xəbərlər

"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli

  • 16 fev 2019, 15:53
ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev mətbuata açıqlamasında ANS televiziyasının açılması ehtimalını dəyərləndirib. ANS-in açılması üçün zamanında bütün əlaqədar qurumlara müraciət etdiklərini bildirən V.Mustafayev, ANS-in bərpasının dövlət və xalq üçün faydalı olacağını vurğulayıb.
ANS televiziyasının bərpa edilməsi ehtimalı realdırmı? ANS-in bərpası cəmiyyətin informasiya almaq imkanlarını genişləndirə, Azərbaycanın informasiya cəbhəsinin daha da möhkəmlənməsinə səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən media eksperti, prefessor Qulu Məhərrəmli ANS-in bərpasının zəruri 
olduğunu qeyd etdi:
"Bu gün ölkəmizdə ANS kimi bir televiziyaya ehtiyac var. Çünki ANS bu ölkədə ilk alternativ xəbər kanalı olub. Xüsusilə fəaliyyətinin ilk 15 illiyində cəmiyyətə demokratik dəyərlər, fikir plüralizmi aşılayıb, hadisələrə fərqli yanaşmanın nümunələrini göstərib. 
Mən əvvəllər də bu barədə danışmışdım. Bizdə xeyli sayda mənasız, yararasız, cəmiyyətə fayda verməyən media qurumları, televiziyalar, dövlətin pul ayırdığı kanallar var. Lakin onların heç biri ANS-in fəaliyyət göstərdiyi ilk 15 ildəki qədər cəmiyyətin inkişafına, informasiya mühitinin formalaşmasına kömək etməyib. Əgər ANS açılarsa və əvvəlki ANS olarsa, buna yalnız və yalnız sevinmək olar. Vahid Naxış kimi yaxşı bir menecerin, gözəl bir prodüserin belə bir imkanı varsa, hakimiyyət də buna loyal yanaşarsa və dəstəkləyərsə, ANS-in açılmasına ancaq sevinmək lazımdır. 
Bizim ANS kimi yüksək ölçü və meyarlarla işləyən televiziyaya ehtiyacımız var. Düşünürəm ki, cəmiyyət də bu televiziyanın fəaliyyətə başlamasını normal qarşılayar”.
Oxşar xəbərlər