Təhsil ekspertləri və iş adamı ADAU-da olub

  • 09 fev 2019, 11:04

ADAU bir qrup fəxri qonağı qəbul edib. "Demokratik.Az"-a verilən məlumata görə, bu dəfə Universitetə təşrif buyuranlar Monqolustanda yerləşən, Azərbaycan-Monqolustan münasibətlərində koordinator rolunu oynayan  "Vertus” firmasının təsisçisi Faiq Ağayev, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Məhkəmə tibbi eksperti  Şakir Musayev, XXI əsr Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, fəlsəfə elmləri doktoru Etibar Əliyev, Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Kamran Əsədov, iş adamı Vahid Əliyevdir.

Səfərin əsas məqsədi universitetin maddi-texniki bazası, təhsil şəraiti ilə yaxından tanış olmaq, Monqolustanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrini müzakirə etmək olub. Qonaqlar xatirə şəkilləri çəkdiriblər, ADAU-dan xoş xatirələrlə ayrılıblar... 

 









 


 

Oxşar xəbərlər