Rəşid Mahmudovun qızı "Səni axtarıram"da — FOTO

  • 30 dek 2018, 18:42

Məşhur həkim, tibb elmləri namizədi Rəşid Mahmudov ilk dəfə qızı ilə efirə çıxıb.

"Ölkə.Az"-ın məlumatına görə, ilk dəfə Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişində ekspert qismində qonaq olan Aynur Hüseynovanın ixtisasca revmatoloq olduğu və atasının peşəsinin davam etdirdiyi bildirilib. R.Mahmudov qızı barədə bunları deyib:

"Gördüm ki, mənim peşəmi davam etdirmək istəyən yoxdur. Ona görə də öz bildiklərimi qızıma öyrətdim. İstəyirəm ki, o, məndən sonra bu xalqa xidmət etsin".

Qeyd edək ki, "Səni axtarıram" verilişi "Xəzər" televiziyasında yayımlanır.

 

Demokratik.Az

Oxşar xəbərlər