Xəbər lenti
Bütün xəbərlər

Osman Nərimanoğlu: "Dəyərlər KİMİ yuxarı - KİMLƏRİ aşağı çəkəcək?"

  • 28 dek 2018, 11:26

Osman Nərimanoğlu özünün facebook profilində ictimai media qurumu olan Mətbuat Şurasına fəlsəfi atmaca atıb. Bir müddət əvvəl MŞ-nin qərarı ilə "Demokratik.Az"-ın və adının "qara siyahı"ya salınmasına etirazını not edib. Jurnalist yazıb:

"Mətbuat Şurasında hazıra-nazir olan qalstukluların qaçılmaz və ən önəmli həyat fəlsəfəsini bilib, düşünmələri lazımdır. Bilsinlər ki, bu dünyada onlar kimi hamı bir yüksəlişə - ZİRVƏYƏ can atar ki, bu da doğaldır, AMMA...

Amma, ZİRVƏ dediyin pul-paranın, yaltaqlığın, xəyanətin, şərbazlığın, ikiüzlülüyün, mediaya qarşı bunca düşmənçiliyin, mənəm-mənəmliyin, dərəbəyliyin əsl ünvanı deyil...
ZİRVƏ - şəxsən mənə görə, JURNALİST adına ləyaqətin, vicdanın, vətən və millət sevgisinin, comərdliyin, sevgi və barışın, haqqı olana sayğının, acqarına olub hər seçkidə tərəddüdsüz səsini verdiyi prezidentini evlər - milyonlar ummadan sevməyə qatlanmağımın ünvanıdır. Mənə görə, 100 məmurun şərəfsizcə aşıladığı maddi maraqları əsla və əsla ümumdövlətçilik marağından üstün deyildir. ZİRVƏ fəthinə doğru fərqlərimiz yəqin ki, budur.. 
MƏTBUAT ŞURASINDA "QANUNİ - OĞRULAR" KİMİ SXODKA KEÇİRİB, MƏNİ ƏSASSIZ OLARAQ "REKET" ADLANDIRAN DƏYƏR VƏ PUL OĞRULARINA SƏSLƏNİRƏM! 
Sizin yalançı "QARA SİYAHI"nız qalxacağınız ən son ZİRVƏ və qabiliyyətinizin ən ali notlarındandır! 
Amma bilin, ZİRVƏ YÜKSƏLİŞİN SONU, ENİŞİN yeni BAŞLANĞICIDIR... 
Kimsə ülvi və ali dəyərləri zirvəyə doğru daşımışdırsa, enişi başlayanda dəyər onu yenidən öz yanına qaldıracaqdır. 

Sizin isə, media adına dəyər bildiyiniz şeylər çoxdan quyuya düşüb, təəssüf ki, absurd dəyər yükünüz sizi yuxarı yox, öz yanına - aşağı çəkəcək"...

 

 


 

 

Demokratik.Az

Oxşar xəbərlər