Demokratik TV
Xəbər lenti
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
- 10 dek 2018, 17:01
Qərb hüquq müdafiəçiləri və mətbuat Fransada və Türkiyədəki etiraz aksiyalarına fərqli yanaşaraq, dürüstlüyün yoxluğunu göstərirlər.
Bu haqda Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Ankarada çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Gəzidəki etirazlarda fəal işləyən hüquq müdafiəçiləri Parisdə susurlar, onlar kordur, kardır və laldır. Dünya KİV-i Fransada baş verənləri obyektiv göstərmir. Gəzi aksiyalarında bütün dünyanı ayağa qaldırdınız. Niyə, burası Türkiyə olduğu üçünmü? Gəlin, Fransadakı etirazları da eyni qayda ilə göstərin. Amma onlar göstərmirlər, çünki onlar şərəfsizdirlər. Türkiyəyə milyonlarla qaçqın axın edərkən, bizi sərhədlərimizi açmağa dəvət edənlər öz torpaqlarına yönələn insanları tikanlı məftillər və divarlar başda olmaqla, ən sərt vasitələrlə qarşıladılar. İnsan haqlarının müdafiəçisi kimdir? Bizmi, onlarmı?” – Ərdoğan deyib.
Onun sözlərinə görə, artıq heç kimsə Türkiyəyə insan haqları və azadlıqları ilə bağlı dərs verə bilməyəcək.
"Bundan sonra demokratiya və insan haqları deyiləndə, problem axtarılacaq yer əsla Türkiyə deyildir”, - Ərdoğan əlavə edib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən keçirilən "Sarı jiletlilər” etiraz aksiyaları getdikcə daha zorakı səviyyəyə qalxır. Kütləvi etiraz aksiyaları zamanı iki minə yaxın şəxs həbs edilib, 130-a yaxın şəxs yaralanıb, xalq etirazlarını yatırtmaq üçün ölkə üzrə 89 mindən çox polis cəlb edilib. Kütləvi etirazlar polislə nümayişçilərin toqquşmaları, talanlar, mağazaların və bankların dağıdılması ilə müşayiət olunur.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Əvvəl İlham Əliyev,daha sonra Ərdoğan
Ərdoğan AKP-nin başına döndü-seçki
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
Ərdoğan: Türkiyə Rusiyadan fərqli olaraq, emosiyalarına nəzarət edə bilir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti