“Medianın iqtisadi durumu problemsiz deyil” - Əflatun Amaşovdan təklif

  • 13 noy 2018, 18:16
"Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsullarının üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Ə.Amaşov təhsil sahəsinə ayrılan maliyyənin də artırılmasını təklif edib: 
"Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zam
anlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”./Azvision.az
Oxşar xəbərlər