Qusarın polis rəisi Naftalana dəyişdirildi - TƏYİNAT

  • 05 okt 2018, 07:46

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Qusar rayon Polis Şöbəsinin rəisi Zaur Bədəlov vəzifəsindən azad edilib.

Demokratik.Az xəbər verir ki, nazirin digər əmri ilə Z.Bədəlov Naftalan Polis Şöbəsinə rəis göndərilib.

Qeyd edək ki, Z.Bədəlov bundan öncə Səbayıl RPİ-nin 41-ci PB-nin rəisi işləyib. O, 2016-cı ilin avqustunda Qusar RPŞ-yə rəis göndərilib.

Maraqlıdır ki, Naftalan şəhər PŞ-nin hazırda sərəncama götürülən rəisi Ziya Əliyev də bundan öncə Qusar RPŞ-nin bölmə rəisi işləyib. O, 2016-cı ilin sentyabrında Naftalan ŞPŞ-nə rəis təyin edilmişdi.

Oxşar xəbərlər