"Facebook"da problemlər yarandığı bildirilib

  • 30 sen 2018, 11:27

Dünyanın bir sıra ölkəsində "Facebook" sosial şəbəkəsinin işində problemlər yaranıb.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, "Facebook"un işində problemlər saat 01:00-dan (Bakı vaxtı) müşahidə olunur.

İstifadəçilər oz hesabı ilə sosial şəbəkəyə daxil olmaqda müşahidə olunan çətinliklərdən (51 faiz), sosial şəbəkənin işləməməsindən (36 faiz) və şəkillərin yüklənilməməsində (11 faiz) şikayət edirlər. Problemlər ABŞ, Braziliya, Böyük Britaniya, Danimarka, Niderland və Almaniya sakinlərində qeydə alınıb.

Oxşar xəbərlər