18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO

  • 17 sen 2018, 20:38
Vyetnamın Şi Min şəhərində "Miss Vietnam 2018" gözəllik müsabiqəsi keçirilib.

Demokratik.Az bildirir ki, final mərhələsi dünən axşam başa çatmış müsabiqədə Ho Şi Min Texnologiya Universitetinin birinci kurs tələbəsi, 18 yaşlı Tran Tye Vi qalib gəlib. /mənbə - Mİlli.Az/

Ölkənin mərkəzindəki Kuanq Nam vilayətindən olan, 174 sm boylu Tran müsabiqədə 42 rəqibini üstələyib.
 

Tran Tye Vu ölkəsini dekabrın 8-də Çinin Sanya şəhərində keçiriləcək "2018 Miss World" müsabiqəsində təmsil edəcək.

Trana təqdim olunmuş tacda 30 mirvari və 3260 sapfir vardı. Mirvarilər müsabiqənin 30 illik tarixini, sapfirlər isə Vyetnamın 3260 kilometrlik sahil zolağının nişanəsi idi. Bundan başqa, Trana 500 milyon Vyetnam donqu (21700 dollar) pul mükafatı verilib.

Gözəllik müsabiqəsində 2-ci yeri Milli İqtisad Universitetinin 19 yaşlı tələbəsi Buy Fuonq Nqa, 3-cü yeri isə Ho Şi Min Texnologiya Universitetinin 3-cü kurs tələbəsi, 21 yaşlı Nquen Thi Tuvy An tutub.

 


 

Demokratik.Az

 

Oxşar xəbərlər