Türkiyədə “Resmi Gazete” bağlanıb

  • 17 sen 2018, 19:34

Türkiyədə çıxan "Resmi Gazete” bağlanıb.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Resmi Gazete” bundan sonra çap edilməyəcək, rəqəmsal olaraq hazırlanacaq.

1920-ci il oktyabrın 7-də qurulan nəşrin ilk sayı 1921-ci il fevralın 7-də çıxıb. Bu il sentyabrın 14-də "Resmi Gazete”nin 130 əməkdaşı işdən çıxıb. Onların bəziləri başqa yerlərdə işlə təmin olunublar.

"Resmi Gazete”də Türkiyə prezidenti, parlamenti və baş naziri tərəfindən qəbul edilən qərarlar, qanunlar fərmanlar dərc olunduqdan sonra qüvvəyə minirdi. Qəzet 8 min tirajla çap olunurmuş. Son zamanlar onun sayı 2 minədək düşübmüş.

Oxşar xəbərlər