"Bakı Xəbər"-in linki - Merkelin şəkli bir də "dümbələk" /Naxoş status/
Qeyri-etik statuslar yazıb, son günlər gecələri təhqirə qərq edən feysbuk istifadəçisi, "Bakı Xəbər" qəzetinin müxbiri Məhəmmədəli Qəribli növbəti biabırçı addım atıb. Bu dəfə söyüş maşınına dön(dəril)ən Məhəmmədəli Qəribli "Bakı Xəbər"in linkini paylaşaraq, müxbiri olduğunu və siyasi yazılar da yazdığını ifadə edib. Müxbir, qəzetin Alman federal kansleri Angela Merkelin Azərbaycana səfərini əks etdirən linki yayımlasa da, bunu söyüş məqsədilə edib. İllər sonra "Bakı Xəbər"ə ip qazandırmaq istəyən Məhəmmədəli Qəribli yenə Osman Nərimanoğluna qarşı açıq təhqirə keçib.
İmzası yazıya əlavə olunan Qəribli statusunda yazır: "Bir dümbələk, qurbanlq kimi qabağa verdiyi zavalli birisinə şantaj tipli yazı yazıb göndərib, son günlər həyatının ən rəzil günlərini yaşayan OS... adlı redaktor onu saytına qoyub. Həmin yazıda qeyd edilir ki, mən işimə məsuliyyətsiz yanaşıram. Sən demə, bunlar həm də əmək müfəttişi rolunu icra edirmişlər))) Son yazılarımdan birini paylaşıram. Oxuyun və bilin ki, bizim kimi əsl jurnalistlər üçün qlobal əhəmiyyətli məsələlər daha böyük önəm kəsb edir. Sizin kimi sifariş icra etmirik"...
Statusda yenə əsassız ittiham, konkret təhqir elementləri aşkardır. Bunun ardından, qarşı tərəfi sayğıya, barışığa dəvət edən Osman Nərimanoğlu jurnalistə yazıb: "Yazılanlara mədəni cavab əvəzinə, bir zaman ürəklə dost dediyim, nə zaman zəng etsə, yenə qardaş deyə xitab edəcəyim adam sətiraltı və yalan sırımaq cəhdlərini davam etdirir. Axı sənin mənə qarşı başlatdığını mən sənə etməmişəm, edən də deyiləm...Məni səndən yazmağa vadar edən bax belə qıcıqlı statusların, təhqirlərindir...
Çox üzücü durumdur, amma yenə gec deyil, SƏSLƏNİRƏM - dostum, (SİFARİŞÇİM) hara gedirik belə, QARABAĞI ALMAĞAMI? - DAYAN QƏRİBLİ!..(RİCA) və tələb!
İnanırıq ki, Məhəmmədəli Qəribli nə etdiyinin fərqinə tez varacaq, əməllərinə görə üzür diləyib, yaraşmayan statuslarını siləcək. Ölkə əhəmiyyətli siyasi hadisənin və xarici ölkənin diplomatik nümayəndəsinin şəklini də kimə qarşısa təhqirdə istifadə olunması şəxsin açıq qərəzini ifadə edir. Görünür ki, adıçəkilən qəzetin baş redaktoru Aydın Quliyev həqiqətən əməkdaşını belə xoşagəlməz işlərdə sərbəst buraxıb. Buyurun Aydın Quliyev, bu da sizə dəxli olmayan statusların üzücü nəticəsi!..
Demokratik.Az