Elmar Vəliyevin yeni VİDEOSU yayıldı - VİDEO

  • 25 avq 2018, 16:41

Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyevin yeni videogörüntüləri yayılıb. Göründüyü kimi, o, lüks bir otaqda (otel və ya klinika) oturub və iştahla yemək yeyir. Doğrudur, görüntülərdə əks olunan şəxsin E.Vəliyevə oxşarlığı çoxdur, amma yenə də birmənalı demək çətindir ki, bu, odur, yoxsa oxşarıdır.

Videodakı şəxsin başındakı kepka da başçının tanınmasını bir qədər çətinləşdirir. Bilmək olmur ki, bu kepka Vəliyevin başındakı yaranın izini örtmək üçün nəzərdə tutulub, yoxsa oxşarlığı artırmaq, yaxud da fərqliliyi azaltmaq üçün.

Hər halda belə bir video yayılıb və iddia olunur ki, bu, sui-qəsdə məruz qalmış başçınını ən son videogörüntüləridir.:


Oxşar xəbərlər