“Kasıb yaşayanların əksəriyyəti qorxaqlardır” - Aslan İsmayılov

  • 22 avq 2018, 16:08

Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan hüquqşunas Aslan İsmayılov öz "Feysbuk” səhifəsində virtual dayaqlarından yavaş-yavaş məhrum olduğunu etiraf edib.

Hüquqşünas onu sosial şəbəkədə izləyənlərin xeyli azaldığını bildirib:

"Tənqidi yazını yazan, buna görə haqqında iki hökm çıxarılan və üçüncüsü hazırlanan, başqa min bir təqibə məruz qalan mən, qorxanlar isə sadəcə səhifəmi izləyənlərdir. Son bir ayda səhifə izləyicilərinin sayı min nəfərə yaxın azaldı. Paylaşanların, bəyənənlərin, şərh yazanların da sayında ciddi azalma müşahidə olunur. Hələ də anlamadıq ki, qorxan insan gün ərzində bir neçə dəfə, qorxmaz isə həyatında bircə dəfə ölür. Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə "əşşi nəyimə lazımdır” deyənlərdir”.

Demokratik.Az

Oxşar xəbərlər