İlin ikinci Günəş tutulması hadisəsi başladı

  • 13 iyul 2018, 08:25
İlin ikinci Günəş tutulması hadisəsi başlayıb.

Təbiət hadisəsi bu gün saat 05:48-də qeydə alınıb. Tutulmanın maksimumu saat 07:01-də, sona çatması isə 08:13-də olacaq. 

Tutulma hadisəsi Avstraliyanın cənub ucqarı ilə Antarktidanın aralığında müşahidə ediləcək. Həmin ərazidə isə demək olar ki, insanlar yaşamır.

Qeyd edək ki, üçüncü Günəş tutulması hadisəsi avqustun 11-də saat 12:02:08-də başlayacaq. Tutulmanın maksimumu saat 13:46:24-də, sona çatması isə 15:30:40-da olacaq. Sonuncu tutulma şimal yarım kürəsində müşahidə olunacaq. Təbiət hadisəsini Rusiyanın, demək olar ki, bütün ərazisində hiss etmək olacaq. Proses Şərqi Asiya hissəsindən başlayıb Rusiyanın bütün hissəsini əhatə edəcək.(report.az)    
Oxşar xəbərlər