Tovuzun yeni icra başçısı Məmməd Məmmədov kimdir?

  • 07 iyun 2018, 17:32

Xəbər verdiyimiz kimi, bu gün Tovuz rayonuna icra başçısı təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə bu rayona rəhbərlik Məmməd Məmmədova həvalə edilib.

Bəs M. Məmmədov kimdir?

Yayılan məlumatlara görə, yeni icra başçısı Tovuzun Qaraxanlı kəndində anadan olub. Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işləyidiyindən "Zəhər Mamed” ləqəbi ilə tanınıb. "Aqrokimya MMC"-nin rəhbəri olub.

Bundan başqa o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır. Məşhur müğənni Əbdül Xalidin isə dayısıdır. 

Demokratik.Az

Oxşar xəbərlər